Xaqan adlı azərbaycanlı uşağa sənəd verilmir Güney Azərbaycan

Xaqan adlı azərbaycanlı uşağa sənəd verilmir

Altı aylıq mübarizədən sonra Təbriz məhkəməsi Xaqan adına şəxsiyyət vəsiqəsi verib. Bu barədə Xaqanın atası mədəni fəal və sənətçi Yunis Mahmudi özünün sosial media hesabında paylaşım edib.

Yunis Mahmudi özünün "insraqram" hesabında "məhkəmənin rəyi və təsdiqi olmasına baxmayaraq yenədə Xaqanıma kimlik vəsdiqəsi vermirlər" yazıb.

Bundan öncə sentyabrın əvvəllərində Yunis Mahmudi özünün sosial media hesabında iki ay mübarizədən sonra oğlu Xaqan adına şəxsiyyət vəsiqəsinin verilməsi barədə Təbrizin Ümumi Məhkəməsinin qərar verməyə məcbur olduğunu yazmışdı.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

İnsan haqları sahəsində fəaliyyət göstərən təşkilatlar məsələ ilə bağlı Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunduğu vurğulanıb.

Gunaz.tv