Azərbaycanda “Turist çağrı-məlumatlandırma mərkəzi” yaradılır Güney Azərbaycan

Azərbaycanda “Turist çağrı-məlumatlandırma mərkəzi” yaradılır

Azərbaycanda 3 dildə “Turist çağrı-məlumatlandırma mərkəzi” (848) işə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Azərbaycan Turizm Sammiti 2022”də məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan, rus və ingilis dillərində xidmət göstərəcək “Turist çağrı-məlumatlandırma mərkəzi” turizm sənayesinin inkişafına müsbət təsir edəcək.