Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
İran hökuməti Urmu gölünün bərpası bağlı verdiyi vədləri yerinə yetirmir.
Gunaz.tv
"Urmu gölünün bərpası və ölkənin şimal şərqində baş verən ekoloji fəlakətin aradan qaldırılması ilə bağlı İran səlahiyyətli şəxslərinin verdiyi vədlər yalandır". Bunu Birləşmiş Millətlər Təşkilatının Su İnstitutunun rəhbəri, tanınmış ekoloq Kavə Mədəni deyib.
Ekoloq, son beş ildə Urmu gölünün durumunu əks etdirən peykdən çəkilmiş fotolarını yayaraq, bir sıra məsul şəxslərin və dövlət mətbuatının gölün durumunun yaxşılaşdırılması ilə bağlı iddialarının əsassız olduğunu vurğulayıb.
Qeyd edək ki, Urmu gölü Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir.
Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir.
Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilmoter olub.
Ən dərin nöqtəsi 16 m, orta dərinliyi isə 5 m təşkil edib.