
Tramp Ukraynaya hərbi yardımı bərpa etdi - Təcili
11 Mart 22:49
11 Mart 22:49
11 Mart 19:51
11 Mart 15:35
Təbrizin "Səhənd" komayn zavodunun işçilərinin əmək haqları 4 aydır ödənilmir. Bu barədə zavodun işçiləri sosial media hesablarında paylaşım ediblər.
Gunaz.tv
"Təxminən 20 il öncəyə kimi bu zavodda 500 nəfər çalışırdı. Müxtəlif problemlər səbəbindən onların əksəriyyəti işdən çıxarıldılar və hazırda yalnız 50-55 işçi qalıb. Az sayda işçinin də əmək haqqı uzun və bir neçə aylıq gecikmələrlə ödənilir",- işçilər bildiriblər.
Onlar bir vaxtlar ən mühüm sənaye mərkəzlərindən olan və kombayn istehsal edən zavodun hazırda məhdud sayda podşipnik istehsal etdiyini yazıblar.
İşçilər zavodun kombayn istehsal edib və ixrac etmək imkanları və potensialının olduğuna baxmayaraq, bu istiqamətdə tədbir görülmədiyi və addım atılmadığını söyləyirlər.