Zəfər Günü münasibəti ilə Təbrizdə posterlər yapışdırılıb Güney Azərbaycan

Zəfər Günü münasibəti ilə Təbrizdə posterlər yapışdırılıb

Güney azərbaycanın mədəni fəalları 8 noyabr Zəfər Günü münasibəti ilə Təbriz şəhərinin küçələrinə poster yapışdırıblar.

Gunaz.tv

Üzərlərində “Zəfər bayramınız qutlu olsun!”, “Qarabağ Azərbaycandır!”, “Aandır arzulara hər zamana Qarabağ, Danışar dil-dodağın tar, kaman Qarbağ, Qarabağ can Qarabaq ana yurdum”, “Yolumuz Qurtuluşdur” və “Azadlıq, Ədalət, Milli Hökumət” yazılmış posterlər Təbriz şəhərinin divarlarını bəzəyib. Həmçinin Təbrizin məhəllələrində məlumatlandırma elanları paylanılıb.

Xatırladaq ki, Azərbaycan ordusu sabah noyabrın 8-i Zəfər Günü münasibəti ilə Xankəndində ilk olaraq parad keçirəcək.