Rabitə işçiləri Təbriz və Urmuda etiraz aksiyası keçiriblər Güney Azərbaycan

Rabitə işçiləri Təbriz və Urmuda etiraz aksiyası keçiriblər

Güney Azərbaycanın Urmu və Təbriz şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri növbəti dəfə etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə yerli sosial media şəbəkəsində məlumat yayılıb.

İyunun 1-da Rabitə Nazirliyinin yerli idarələri qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Məlumata görə, təqaüdçülər hökumət rəsmilərindən onların müraciətlərinə baxılmasını tələb edən şüarlar səsləndiriblər:

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, Rabitə Nazirliyinin təqaüdçüləri bir neçə ildir davamlı şəkildə eymi tələblərlə aksiya keçirsələr də, bu günə kimi onların problemləri həll olunmayıb.