Milli fəalın məhkumluq dövrü başa çatıb Güney Azərbaycan

Milli fəalın məhkumluq dövrü başa çatıb

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsindən olan milli və ətraf mühit fəalı İsmayıl Əhmədinin məhkumluq dövrü başa çatıb.

Gunaz.tv

Bu barədə Abbas Lisani adına fəaliyyət göstərən sosial media kanalı məlumat yayıb.

Bildirilib ki, Əhmədi 9 ay həbs cəzasını çəkdikdən sonra Əhər şəhərinin həbsxanasından sərbəst buraxılıb.

İsmayıl Əhmədi 19 apreldə 9 aylıq həbs cəzasını çəkmək üçün Əhər həbsxanasına köçürülüb.

Fəala qarşı "müqəddəsləri təhqir etmək", "vətəndaşları ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətməyə təhrik etmək", "müxalif qruplarla əlaqə", "yalan məlumatlar yaymaq" və "hökumətə qarşı təbliğat"da günahlandırılıb.