Güneyli yeniyetmə riyaziyyat olimiadasında birinci oldu Güney Azərbaycan

Güneyli yeniyetmə riyaziyyat olimiadasında birinci oldu

Şərqi Azərbaycanın Mərənd şəhərindən olan yeniyetmə beynəlxalq yarışda birinci yeri tutub.

Gunaz.tv


Bu barədə Təbrizin yerli mediası məlumat yayıb.

Bildirilib ki, Milad Məqbuli 2024-cü il Dünya Riyaziyyat Olimpiadasının finalında qızıl medal və Dünya Ulduz Kubokunu qazanıb.

M.Məqbuli Mərəndin Əllamə Cəfəri adına Xüsusi İstedadlar Liseyinin 8-ci sinif şagirdidir.