Təqaüdçülər etiraz aksiyası keçirblər Güney Azərbaycan

Təqaüdçülər etiraz aksiyası keçirblər

Zəncan, Urmu, Ərdəbil və Təbriz şəhərlərində Rabitə Nazirliyinin təqüdə çıxmış işçiləri etiraz aksiyaları keçiriblər.

Gunaz.tv

Bu barədə Abbas Lisani adına fəaliyyət göstərən sosial media kanalı məlumat yayıb.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Etirazçlar inflyasiya ilə gəlirlərin uyğun olmadığını, çoxsaylı məişət problemləri ilə üzləşdiklərini və hakimiyyətin laqeyd münasibətini tənqid ediblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, Rabitə Nazirliyinin təqaüdçüləri bir neçə ildir davamlı şəkildə eymi tələblərlə aksiya keçirsələr də, bu günə kimi onların problemləri həll olunmayıb.