Xoyda onlarla kənddə su çatışmazlığı yaşanır Güney Azərbaycan

Xoyda onlarla kənddə su çatışmazlığı yaşanır

Qərbi Azərbaycan əyalətinin Xoy bölgəsinin onlarla kəndindəiçməli su qıtlığı yaşanır.

Gunaz.tv

Bu barədə yerli fəallar və sakinlər sosial mediada paylaşım ediblər.

Həmin kəndlərdən biri olan, 800 ailənin yaşadığı Zaviyə Həsənxan kəndinin sakinləri su çatışmazlığ ilə bağlı paylaşım ediblər.

Onların sözlərinə görə, kənddə içməli su quyusu olmasna baxmayaraq, əlaqədar qurumlar onun istifadəyə hazırlanması üçün vəsait ayırmaqdan imtiba edirlər.

Bu səbəbdən də minlərlə sakin içməli suyu başqa uzaq bölgələrdən satın alaraq gətirmək məcburiyyətindədirlər.

Qeyd edək ki, bir neçə gü əvvəl Xoy rayonunun Su və Kanalizasiya İdarəsinin başçısı Yədulla Sultani hazırda bölgənin 62 kəndində su böhranı yaşadığını bildirib.

Sultani Xoy bölgəsində mövcud olan su kəmərlərinin 100 kilometrinin köhnəldiyini və bunun əhalinin su təminatında problemlərin artmasına səbəb olduğunu söyləyib.