Təbriz bazarında tarixi abidə məhv olur Güney Azərbaycan

Təbriz bazarında tarixi abidə məhv olur

Təbrizin üstüörtülü bazarında yerləşən tarixi "Mirzə Mehdi" hamamı baxımsızlıq ucbatından tamamilə dağılmaq üzrədir.

Gunaz.tv

Bu barədə "mədəni fəallar məlumat yayıb.

Bildirilib ki, Bu, Mədəni İrs Təşkilatının tarixi abidənin bərpasına vəsait ayırmaması ilə bağlıdır.

Divar və sütunlarında nadir rəsm əsərlərinin olduğu abidə Qacarlar dövründə inşa edilib.

Qeyd edək ki, Şərqi Azərbaycanda bu günə kimi tanınan və qeydə alınan tarixi abidələrin sayı 1800-dən çoxdur. Əyalət bu sahədə İranda ən çox tarixi abidəyə malik olan 5 əyalət arasında yer alır.

Təbrizdə 600-dən çox tarixi tikili, abidə və evin mövcud olmasına baxmayaraq, onlardan bir çoxu dağıdılıb, baxımsız qalıb və ya dağılmaq üzrədir.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.