Makıda türk dilində olan qədim küçə adları dəyişdirilib Güney Azərbaycan

Makıda türk dilində olan qədim küçə adları dəyişdirilib

Qərbi Azərbaycan əyalətinin Makı şəhərində bir çox qədim yer və küçə adları dəyişdirilib, onların küçələrə farsca adlar verilib.

Gunaz.tv

Bu barədə makılı mədəni fəallar məlumat veriblər.

Onların sözlərinə görə, türkcə "Beş göz", "Burc", "Qəzbəli", "Xəncərxan", "Qarahızlı", "Şam", "Şirbaşı", "Qara körpü" və başqa qədim adlar dəyişdirilib.

Onların yerinə, farsca "Setayeş", "Qolestan", "Ostadan", "Qolha", "Qolgəşt", "Bəharan", "Qolçin", "Qolbad" və başqa yeni adlar qoyulub.

Küçə adlarının Qərbi Azərbaycan əyalətinin Küçə və İctimai Yerlərin Adlandırılması İdarəsi tərəfindən dəyişdirildiyi bildirilib.

GünazTV