Marağada ekoloji problem Güney Azərbaycan

Marağada ekoloji problem

Şərqi Azərbaycan əyalətinin Marağa şəhərinin "Kave Sodaye Marağa" şüşə zavodunun çirkli tullantıları təbiətə buraxılır.

Gunaz.tv

Bu barədə yerli sosial media fəallar məlumat yayıb.

Bildirilib ki, Urmu gölünün illik su payının 3 faizini işlədən zavodun çirkli suları əraf mühitin məhv olmasına, əkin sahələrin yararsız hala düşməsinə səbəb olub.

Bununla yanaşı zəhərli tullantı və suların yeraltı su qaynaqlarına qarşıdığı üçün bölgə əhalisinin sağlamlığına da ziyan vurur.

"Bundan əvvəl ətraf mühit fəalları, Şərqi Azərbaycan əyalətinin əlaqədar qurumlarının məsulları ilə zavod rəhbərliyi arasında görüş keçirilib. Rəhbərlik problemin həllinə söz versə də, bu müddət ərzində ekologiyanın məhv edilməsinin qarşısını almaqla bağlı heç bir tədbir görməyib",- məlumatda bildirilib.

Qeyd edək ki, bir neçə il əvvəl adı çəkilən zavodda çirkab sularının təmizlənməsi üçün buxarlanma laqonlarının qırılması və tullantı sularının yeraltı su mənbələrinə sızması nəticəsində Binabın 500, Marağanın isə 300 hektar əkin sahəsi məhv olub.

Bundan sonra zavodun fəaiyyəti dayandırılsa da, qısa müddət sonra yenidən fəaliyyətə başlayıb.

Zavodun yaratdığı ekolojiproblem səbəbindən onlarla təsərrüfatçı zərər görüb, zavod və hakimiyyət isə isə onlara kompensasiya ödəməkdən imtina edir.