Təbrizli işçilər tətil aksiyası keçirir Güney Azərbaycan

Təbrizli işçilər tətil aksiyası keçirir

Şərqi Azərbaycanın Zəmzəm sərinləşdirici içki zavodunun işçiləri tətil aksiyası keçirirlər.

Gunaz.tv

Bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.

Narazı işçilər avqustun 11-dən işi dayandıraraq əmək haqlarının ödənilməməsinə etiraz edirlər.

Bununla yanaşı onlar qanunla nəzərdə tutulan başqa hüquqlarınn pozulduğunu bildirirlər.

İşçilərin nümayəndələrinin zavod rəhbərliyinin hüquqları bərpa olunmayanadək işə başlamayacaqlarını bildiriblər.