ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
14 Yanvar 23:35
14 Yanvar 22:17
14 Yanvar 22:16
14 Yanvar 21:12
Təbriz, Urmu və Ərdəbil şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri növbəti dəfə etiraz aksiyası keçiriblər.
Gunaz.tv
Bu barədə yerli işçi hərəkatı fəalları məlumat yayıb.
Avqustun 12-də Rabitə Nazirliyinin yerli idarələri qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Məlumata görə, təqaüdçülər hökumət rəsmilərindən onların müraciətlərinə baxılmasını tələb edən şüarlar səsləndiriblər:
Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.
Onlar "Təqaüdə çıxmış rabitə işçilərinə qarşı neçə illik zülmə son verin!", "təqaüdçülərlə bağlı konstitusiya tələblərini yerinə yetirin" və başqa etiraz məzmunlu plakatlar açıblar.
Qeyd edək ki, Rabitə Nazirliyinin təqaüdçüləri bir neçə ildir davamlı şəkildə eymi tələblərlə aksiya keçirsələr də, bu günə kimi onların problemləri həll olunmayıb.