Rəisinin həlak olduğu yerdə xatirə abidəsi tikilir Güney Azərbaycan

Rəisinin həlak olduğu yerdə xatirə abidəsi tikilir

Mayın 19-da Qaradağın Dizmar meşəsində İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğradığı və prezidentin həlak olduğu yerdə xatirə abidəsi inşa edilir.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Bununla eyni vaxtda Rəisinin həlak olduğu yerə məcburi ziyarət turları da təşkili edilir.

Qeyd edək ki, bir müddət əvvəl İbrahim Rəisinin həlak olması münasibətilə Dizmar meşəsinin adı dəyişdirilərək "Şəhid cümhur" qoyulub.

Azərbaycanlıların geniş etirazlarından sonra məsələyə yenidən baxılıb və qərar ləğv edilib.