S.C.Pişəvəri Hərəkatı ilə bağlı tarixi sənədlər Güney Azərbaycan
AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN PROQRAMI
Azərbaycan Milli Nazirlər Kabineti, Azərbaycan xalqının illər boyu arzu etdiyi milli muxtariyyətini vücuda gətirmək və bu vasitə ilə Azərbaycan xalqının milli ehtiyaclarını həll edib onu inkişaf və təkamülə sövq etmək üçün aşağıdakı vəzifələri özünün yaxın hədəfi və proqramı təyin edir.
1. Milli muxtariyyətimizi dünyaya tanıtmaq, onun da vam və bəqasını təmin etmək üçün ciddi tədbirlər görüb, səlahiyyətdar məqamat ilə müzakirəyə girişmək, İranın istiqlal və ərazi bütövlüyünə xələl gətirmədən milli dövlətimizi demokratik əsaslar üzrə qurmaq və bu yolda qabağa çıxa bilən çətinlikləri aradan qaldırmaq.
2. Milli muxtariyyətimizi möhkəm əsaslar üzrə qurub, onu xalqa yaxınlaşdırmaq məqsədi ilə çox tez bir surətdə vilayət əncümənlərinin seçkilərinə başlamaq və yerli idarələrin nəzarətini onların ixtiyarına vermək.
3. Şəhərlərimizin abadlığı üçün yubadılmadan şəhər əncümənlərini, demokratik əsaslar üzrə seçib, onların işlərini düzgün bir surətdə cərəyana salmaq.
4. Yerlərdə sağlam azadlıqsevər adamlardan rayon və qəsəbə başçıları seçib, onların vasitəsi ilə keçmiş zalimcəsinə hərəkətlər və xalqı təhqir edici əməllərin qarşısım alıb, bütün ölkədə təhlükəsizlik və asayişi təmin etmək.
5. Jandarm və polis idarələrini xain və xalqı əzib fəlakətə sövq edən şəxslərin əlindən çıxarıb, azadlıqsevər və vətənsevər şəxslərə tapşırmaq və onların işlərini xalqın arzu və ehtiyaclarına mütənasib bir hala salmaq.
Vergi qanunlarını nəzərdən keçirmək və maliyyə idarəsinin gəlir və xərclərini təftiş etdikdən sonra, çox tez bir surətdə milli büdcə layihəsini Milli Məclisə təqdim etmək. Ümumiyyətlə, mali siyasətin gəlir və xərclərin əsasını məmləkətin inkişaf və təkamülü üzərində qurmaq.
7. Muxtariyyətimizi, Milli Məclisimizi və Milli Dövlətimizi qurmaq və onun gələcəyini təmin etmək üçün kəndlərdə və şəhərlərdə yaranmış fədai dəstələrini bir mərkəz ətrafında mərkəzləşdirmək, milli xalq qoşunu yaratmaq və bu qoşunun silah və tənzimatını müasir hala salmaq məqsədi ilə ciddi tədbirlər görmək.
8. Mədəniyyət və maarif sahəsində dövlətimizin qabağında iki böyük məsələ durur. Birincisi, öz milli dilimizi bütün məktəblərdə rəsmi olaraq qəbul və icra etmək, ikincisi isə ümumiyyətlə savadsızlığa qarşı mübarizə aparmaq, pulsuz və icbari təhsili milli yoluna qoymaq. Bunların hamısından çox, Milli Hökumətimizin ali təhsil məsələsinə əhəmiyyət verib, milli universitet əsasını qurmağa çalışmalıdır.
9. Ticarət və iqtisad sahəsində Milli Hökumətimiz birinci növbədə milli sənayemizə əhəmmiyyət verib, mövcud zavodları düzgün yoluna qoyacaq. İkinci növbədə də yeni zavodlar açmaqla, məmləkətin sənayesinə olan ehtiyaclarını təmin edəcək. Ticarət sahəsində dövlətimiz Azərbaycanın ticarət mərkəzi ola bilməsi üçün tədbirlər görəcək və yollar arayacaq.
10. Yolların təmir və çəkilməsi də, poçt və teleqraf və telefon kimi əlaqə vəsaitinin genişləndirilib, müasir hala salınması hökumətimizin əsasi vəzifələrindəndir.
11. Kəndli ilə ərbablar arasında yaranan münaqişələri aradan qaldırmaq üçün qarşılıqlı razılıq şərti ilə, ciddi qanun layihəsi tərtib edib, bu yol ilə kəndli və ərbab məsələsini həll və təsdiq etmək.
Kəndlərdə və şəhərlərdə gündən-günə artmaqda olan işsizliyin qarşısını almaq üçün dövlət torpaqlarını tezliklə əkinçilər arasında bölüşdürmək. Həmçinin Azərbaycanı tərk edib onun xaricində milli muxtariyyətimiz əleyhinə təbliğat aparanların da yerlərini zəbt edib kəndlilərin ixtiyarına qoymaqla torpaqsız kəndlilər ayaqlandırılmalıdır.
Bundan əlavə xalqımızın əksəriyyətini kəndlilər təşkil etdiyi üçün gələcəkdə Aqrar Bankı elə bir surətdə gücləndirmək lazımdır ki, eliyə bilsin kəndliyə kredit verməklə torpaq məsələsini həll etsin və ərbablar öz istək və rəğbətləri ilə torpaqları kəndlilərə adilanə qiymətə sata bilsinlər.
13. İşsizliklə ciddi mübarizə etmək üçün ciddi tədbirlər görmək, əl sənayesi, yol işləri, zavodların təsisi, əkinçilik və ticarətin artması vəsaitindən ciddi surətdə istifadə etməyi lazım görür.
14. Fəhlə və zəhmətkeşin məişətini düzgün yola qoymaq üçün iş və əmək qanun layihəsini hazırlayıb məclisə təqdim etməli və eyni zamanda işçilərin sığorta edilməsini icbari etmək üçün tədbirlər görməlidir.
15. Səhiyyə işinə diqqət yetirib birinci növbədə ümumi və keçici xəstəliklərin qarşısının alınması və xüsusilə kəndlərdə və aşağı sinfə mənsub əhaliyə həkim və dərman çatdırmaqla xalqın səhiyyəsini təmin etməlidir.
16. Milli Şura Məclisi tərəfındən bu ana qədər qərara alınmış qanunları, Azərbaycan xalqının həyatına və milli muxtariyyətinə münasib bir surətdə islah edib təzə faydalı layihələr təqdim etmək.
17. Xüsusi mülkiyyət haqqında Azərbaycan Milli Hökuməti, məmləkətin bütün sahələri üçün xüsusi mülkiyyəti qəbul edib, məmləkətin və xalq iqtisadiyyatının inkişafına və xalqın vəziyyətinin yaşılaşmasına səbəb olan hər növ xüsusi hərəkətlərə kömək edəcək.
18. Azərbaycan Milli Hökuməti, ölkədə yaşayan ümum əhalinin vicdan və inam azadlığına ehtiram edəcək.
19. Azərbaycan Milli Hökuməti, Azərbaycanlılarla birlikdə Azərbaycanda yaşayan bütün vətəndaşları xüsusi ilə kürdlər və başqalarını hüquq və qanun
qarşısında eyni hesab edir.
20. Azərbaycan Milli Hökuməti, mərkəzi İran hakimiyyətini tanımaqla yanaşı bu hökumətin Azərbaycanın muxtariyyətinə müxalif olmayan, Azərbaycan xalqının təsisçilər məclisi və Azərbaycan məclisinin müraciətnamə və qərarlarında qeyd olunan milli hüquq tələblərinə zidd olmayan tədbirləri həyata keçirəcək.
Proqramın ətrafında geniş surətdə müzakirə etdikdən sonra səsə qoyulub, Azərbaycan Milli Hökumətinin proqramı səs çoxluğu ilə qəbul olundu.
***
AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN DİL HAQQINDA QƏRARI
Xalqımızı dövlət aparatına yaxınlaşdırmaq və ümum əhalinin ehtiyaclarını sadə bir surətdə anlamaq və həmçinin milli dili və milli mədəniyyətimizin inkişaf və təkamül yollarını təmizləmək üçün Azərbaycan Milli Hökuməti özünün 6 yanvar (1945-ci il) tarixli iclasında aşağıdakı qərarları qəbul edib.
1. Bu gündən etibarən Azərbaycanda, Azərbaycan (türkcəsi) dili rəsmi dövlət dili hesab olunur. Dövlətin qərarları və rəsmi elanlar, həmçinin xalq qoşunları hissələrinə verilən əmrlər və qanun layihələri mütiəq Azərbaycan dilində yazılmalıdır.
2. Bütün idarələr (dövləti, milli, ticari və ictimai) öz işlərini Azərbaycan dilində yazmağa məcburdular. Bu dildə yazılmayan dəftərlər və sənədlər rəsmi
hesab olunmayacaq.
3. Məhkəmələrdə işlərin baxılması təmamilə Azərbaycan dilində aparılmalı və bu dili bilməyənlər üçün tərcüməçi təyin olunmalıdır.
4. Azərbaycanın bütün idarə, müəssisə və ticarət məkanlarında tablolar mütləq Azərbaycan dilində yazılmalıdır.
5. Rəsmi iclaslar, yığıncaqlar, nitq və müzakirələr Azərbaycan dilində olmalıdır.
6. Azərbaycanlı olmayıb başqa dil ilə danışanlar və ümumi dövlət idarələrində xidmət edənlər Azərbaycan dilində yazıb-oxumağı və danışmağı öyrənməlidirlər.
7. Maarif Nazirliyinin idarə işçilərini Azərbaycan dili ilə tanış etmək məqsədi ilə ayrı dillərdən savayı, onlar üçün idarələrin nəzdində yaşlılara məxsus kurslar açılmalıdır. Bu kurslarda iştirak edənlərin iş müddəti bir saat az olmalıdır.
8. Azərbaycanda yaşayan başqa millətlər öz işlərini öz ana dillərində aparmağa haqlıdırlar. Lakin onlar öz rəsmi elanları və yazılarında öz milli dilləri
ilə yanaşı Azərbaycan dilini, rəsmi dövlət dili olaraq, işlətməlidirlər.
9. Azərbaycanda yaşayan azlıqlar xüsusi milli məktəblərindəki təhsil öz ana dillərində olduğu halda, Azərbaycan dilinin də tədrisi məcburidir.
10. Azərbaycan Milli Hökuməti Maarif Nazirinin məktəblərdə dərslərin Azərbaycan dilində olması haqqındakı qərarını qəbul və təsdiq edib, məktəblərin milli dilə keçməsini bütün müəllim və müəllimələrə bir milli vəzifə kimi tapşırır.
Azərbaycan Milli Dövlətinin Baş Nazir S.C.Pişəvəri