Azərbaycanlı dağçı itkin düşdü Güney Azərbaycan

Azərbaycanlı dağçı itkin düşdü

Ərak şəhərindən olan azərbaycanlı dağçı 60 yaşlı Məhəmməd Həsən Səfəri İranın Əlbürz dağında itkin düşüb.

Gunaz.tv

Bu barədə onun ailəsi məlumat yayıb.

Bildirilib ki, azərbaycanlı alpinist sentyabrın 18-də Əlbürzün zirvəsi Dəmavəndə yola düşüb, onu zirvəyə qalxan vaxt iki başqa alpinist görüb.

"Deyilənə görə o zirvədən qayıdan zaman hava buludlu olub, buna görə də, Səfərinin yolu itirdiyi ehtimal olunur",- deyə məlumatda bildirilib.

Səfərinin ailəsi Qızıl Aypara Cəmiyyəti və başqa əlaqədar dövlət qurumlarının axtarış əməliyyatlarının kifayət qədər intensiv aparılmadığına görə, dağçılara müraciət edib və onlardan azərbaycanlı alpinistin tapılması üçün səfərbər olmalarını xahiş ediblər.

Qeyd edək ki, bundan əvvəl avqustun 16-da təbrizli alpinist Əmir Səfəri də eyni yerdə itkin düşüb və bu günə kimi onun taleyindən xəbər yoxdur.