Milli fəalların etirazı nəticə verdi - Telefonları geri qaytarıldı Güney Azərbaycan

Milli fəalların etirazı nəticə verdi - Telefonları geri qaytarıldı

Bundan əvvəl Babək qalasından qayıdan zaman saxlanılan və şəxsi əşyaları müsadirə olunan milli fəallar Meysəm Colani, Rza Vasiqi, Əli Lisani, Mehdi Lisani və Behzad Dəşti sentyabrın 29-da Kəleybər prokurorluğu qarşısında oturaq aksiya keçiriblər.

Gunaz.tv

Bu barədə yerli insan haqları fəalları paylaşım edib.

Bildirilib ki, fəallar bundan əvvəl də xəbərdarlıq etdikləri kimi mobil telefonlarının geri qaytarılmamasına etiraz olaraq oturaq aksiyaya əl atıblar.

"5 saatdan sonra fəalların etirazı nəticə verib və Kəleybər prokurorluğu onların müsadirə olunmuş mobil telefonlarını özlərinə qaytarıb",- məlumatda bildirilib.

Qeyd edək ki, Əli Lisani, Mehdi Lisani, Meysəm Colani, Behzad Dəşti, Rza Vasiqi və Pejman Səlimi avqustun 2-də Kəleybər rayonunun Babək qalasından qayıdan zaman həbs ediliblər, onlara məxsus şəxsi əşyalar, o cümlədə mobil telefonlar müsadirə olunub.

Meysəm Colani, Rza Vasiqi, Behzad Dəşti və Pejman Səlimi bir gün sonra Kəleybər polis bölməsindən, Əli Lisani və Mehdi Lisani isə Əhər şəhərinə köçürüldükdən sonra sərbəst buraxılıblar.