Həmədanda saxta spirtli içkidən zəhərlənmə - 4 nəfər öldü Güney Azərbaycan

Həmədanda saxta spirtli içkidən zəhərlənmə - 4 nəfər öldü

Güney Azərbaycanın Həmədan şəhərində saxta spirtli içkidən istifadə nəticəsində zəhərlənən 18 nəfər xəstəxanaya köçürülüb.

Gunaz.tv

Bu barədə Həmədan prokurorluğu məlumat yayıb.

Bildirilib ki, zəhərlənənlərdən 4 nəfəri həyatını itirib.

Bir neçə gün əvvəl Gilan və Mazandaran əyalətlərində də oxşar hadisə baş verib, saxta spirtli içkidən zəhərlənən 57 nəfərin 10 həlak olub.

Qeyd edək ki, İranda spirtli içki istehsalı qadağan olduğuna görə, gizli və qeyri-standart şəkildə hazırlanan spirtli içkilər hər il minlərlə insanın zəhərlənməsinə və ölümünə səbəb olur.

Bir müddət əvvəl İran Tibbi Ekspertiza Mərkəzinin başçısı Abbas Məcidi bildirib ki, son bir ildə 644 nəfər qeyri-standart spirtli içki qəbul etdiyi üçün həyatını itirib.