Təbrizdə işçilər etiraz aksiyası keçiriblər Güney Azərbaycan

Təbrizdə işçilər etiraz aksiyası keçiriblər

Təbrizin "Səhənd" kombayn zavodunun işçiləri əmək haqları bir neçə aydır ödənilmiədiyinə görə işi dayandıraraq etiraz aksiyası keçiriblər.

Gunaz.tv

İşçilər bu barədə sosial media hesablarında paylaşım ediblər.

Onların bildirdiyinə görə, əmək haqlarının verilməməsi ilə yanaşı sığorta hüquqları da pozulub və zavod rəhbərliyi narazı işçiləri qovmaqla hədələyib.

"Təxminən 20 il öncəyə kimi bu zavodda 500 nəfər çalışırdı. Müxtəlif problemlər səbəbindən onların əksəriyyəti işdən çıxarıldılar və hazırda yalnız 50-55 işçi qalıb. Az sayda işçinin də əmək haqqı uzun və bir neçə aylıq gecikmələrlə ödənilir",- deyə işçilər bildiriblər.

Onlar bir vaxtlar ən mühüm sənaye mərkəzlərindən olan və kombayn istehsal edən zavodun hazırda məhdud sayda podşipnik istehsal etdiyini yazıblar.

İşçilər zavodun kombayn istehsal edib və ixrac etmək imkanları və potensialının olduğuna baxmayaraq, bu istiqamətdə tədbir görülmədiyi və addım atılmadığını söyləyirlər.