Urmu gölünün quruması bölgə iqtisadiyyatını iflic edəcək Güney Azərbaycan

Urmu gölünün quruması bölgə iqtisadiyyatını iflic edəcək

Urmu gölünün quruması bölgə iqtisadiyyatını iflic etməklə yanaşı xəstəliklərin geniş yayılmasına da səbəb olacaq.

Gunaz.tv

Bunu Tehran Universitetinin Ətraf Mühit Fakültəsinin professo Mehdi İsmaili Bidhendi deyib.

O, gölün quruması səbəbinmdən baş qaldıran duz fırtınalarının daha uzaq bölgələridə təsiri altına alacağını söyləyib.

"Bu transmilli problemə çevriləcək, kənd təsərrüfatı məhv olacaq və ölkənin səhiyyə sisteminin qarşısını ala bilməyəcəyi səviyyədə xəstəliklərin yayılması ilə nəticələnəcək",- professor xəbərdarlıq edib.

Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Hazırda göldə olan su həcmi 1 milyard kubmetr civarındadır və ekoloqlar bnunu gölün tamamilə quruması kimi dəyərləndirirlər.