Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Şərqi Azərbaycana məxsus olan "Ata" hava yolları şirkətinin təyyarəsində sərnişinlərə Azərbaycan türkcəsində "xoş gəldin" deyilməsinə panfarsistlər etiraz ediblər.
Gunaz.tv
Bu barədə sosial media platformalarında məlumatlar yayılıb.
Tanınmış sosial media fəalı, panfarsist siyasi cərəyana mənsub Əmir Seyyidin məsələ ilə bağlı paylaşım edib və narahatlığını bildrib:
"Ata aviaşirkətinin 5056 nömrəli Tehran-Təbriz uçuşunda hostes türk dilində sərnişinləri salamlayıb, "xoş gəldin" dedi, maraqlandım və bunun iki həftədir belə olduğunu bildirdilər. Bilmirəm İranın rəsmi dövlət dili dəyişib yoxsa Ata aviaşirkətinin rəhbərliyinə separatçılar gətirilib".
Qeyd edək ki, Ata aviaşirkəti 2018-ci ildə "Traktor" Futbol Klubunun sahibi, tanınmış azərbaycanlı iş adamı Məhəmmədrza Zunuzi tərəfindən təsis edilib.