Təbriz-Tehran uçuşunda türkcə "Xoş gəldin" deyən bələdçi işdən qovuldu Güney Azərbaycan

Təbriz-Tehran uçuşunda türkcə "Xoş gəldin" deyən bələdçi işdən qovuldu

Şərqi Azərbaycana məxsus olan "Ata" hava yolları şirkətinin Tehran-Təbriz uçuşunda sərnişinlərə Azərbaycan türkcəsində "xoş gəldin" deyən təyyarə bələdçisi işdən qovulub.

Gunaz.tv

Bu barədə Təbriz mediası məlumat yayıb.

Bildirilib ki, bununla bağlı açıqlama yayan Ata Hava Yollarının əməliyyat bölməsinin rəhbəri Saman Axte faktı təsdiq edib.

"5606 saylı Tehran reysi ilə Təbrizə uçan sərnişinlərin ifadələrinə və bəzi sərnişinlərin şikayətlərinə əsasən, lazımi araşdırmalar apardıqdan sonra bildirirəm ki, bu reysin stüardessası qaydalar çərçivəsində hərəkət etməmiş və sərnişinləri türk dilində ifadələrlə qarşılamışdır. Bu, qanun və qaydalara ziddir.

İlkin qərara əsasən, bələdçinin bir il müddətinə işdən kənarlaşdırılmasına və işinə baxılması üçün onun dosiyesinin pozuntulara qarşı mübarizə şöbəsinə təqdim edilməsinə qərar verilmişdir",- Saman Axte yazılı açıqlamasında bildirib.

Bununla yanaşı bundan sonra uçuşlarda qonaqlara türk dilində "xoş gəldin" deməyin də qadağan edildiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Tehrandan Təbrizə uçan təyyarədə bələdçinin sərnişinlərə Azərbaycan türkcəsində "xoş gəldin" deməsi fars miliyyətçilərinin etirazları ilə qarşılaşıb və onlar bunu Ata Hava Yolları Şirkətinin separatçılığı təbliği kimi təqdim ediblər.

Tanınmış sosial media fəalı, panfarsist siyasi cərəyana mənsub Əmir Seyyidin məsələ ilə bağlı etdiyi paylaşımda qonaqlara türk dilində "xoş gəldin" deyilməsini ölkə qanunlarınnı pozulması kimi qləmə verib.

Məsələnin ictimailəşməsindən sonra təyyarə bələdçisi türk dilində "xoş gəldin" dediyinə görə işdən qovulub.