Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Bundan sonra hər hansı anlaşılmamazlığın qarşısını almaq üçün İran Hava Yolları Şirkətlərinə məxsus sərnişin təyyarələrində fars və ingilis dillərindən başqa heç bir dildə sərnişinlərə "xoş gəlmisizniz" deyilməməli, qeyd olunan iki dildən başqa hər hansı bir dildə qonaqlar salamlanmamalıdır.
Bu barədə İran Hava Yolları Şirkətinin sözçüsü Cəfər Yazerlu açıqlama verib.
O, bir neçə gün əvvəl Şərqi Azərbaycana məxsus Ata Hava Yolları Şirktinin təyyarəsində bələdçinin "xoş gəlmisiniz" anonsunun türk dilində yayılmasında heç bir xüsusi niyyət olmadığını deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ata Aviasiya Şirkətinin Tehrandan Təbrizə uçan təyyarəsində bələdçi qonaqları türk dilində salamlayıb.
Bu, mediada geniş rezonans doğurub və fars millətçiləri bunun separatçılığın və pantürkizmin təbliği kimi qələmə veriblər, azərbaycanlı təyyarə bələdçisi işə işdən qovulub.
Bundan sonra Ata Aviasiya Şirkətinin sahibi, azərbaycanlı iş adamı Məhəmmədrza Zunuzi mediaya açıqlama verib və türk dilində qarşı ədalətsiz mövqeni tənqid edib.