Təbrizdə daha bir "yaşıl soyqırım" - Yüzlərlə ağac kəsildi Güney Azərbaycan

Təbrizdə daha bir "yaşıl soyqırım" - Yüzlərlə ağac kəsildi

Təbrizin İstilik Elektrik Stansiyası ətrafında olan yaşıllıq zolağı məhv edilir.

Gunaz.tv

Bu barədə yerli ekofəallar məlumat və videolar yayıblar.

Məlumata görə, stansiya ətrafında olan yüzlərlə uzun ömürlü ağac kəsilib, yaşıllıq zolağı məhv edilib.

Ekofəallar məsələ ilə bağlı İES rəhbərliyi və başqa əlaqədar dövlət qurumlarına edilən müraciətlərin cavabsız qaldığını bildiriblər.

Onların sözlərinə görə, bundan əvvəl Təbrizin ən yaşıl bölgələrindən sayılan İES ərazisi ağacların kəsilməsindən sonra səhralığa çevrilib.

Qeyd edək ki, bu, Təbrizin Gülüstan bağında ağacların kəsilməsindən qısa müddət sonraya təsadüf edir.

Xatırladaq ki, Təbrizin tarixi parkı Gülüstan bağının 1000 kvadratmetri təhlükəsizlik qüvvələrinin ixtiyarına verilib.

Burada aparılan tikinti işlərinə görə parkda yaşı 100-dən çox olan ağaclar kəsilib, park böyük hissəsi məhv edilib.