Güney Azərbaycanlı rejissor mükafatını İranda öldürülən etirazçı qadınlara həsr edib Güney Azərbaycan

Güney Azərbaycanlı rejissor mükafatını İranda öldürülən etirazçı qadınlara həsr edib

Güney Azərbaycanlı rejissor və ssenarist Nadir Saivar “Qızıl Portağal Antalya” beynəlxalq festivalının münsiflər heyətindən xüsusi mükafat aldıqdan sonra İran hökumətinin cinayətləri və İranda etirazçı qadınların öldürülməsi ilə bağlı türkcə danışıb və mükafatını 2022 etirazlarında öldürülən qızlara İranda öldürülən etirazçı qadınlara təqdim edib.

Gunaz.tv

Günaz.tv xəbər verir ki, Nadir Saivar çıxışında bu mükafatı 2022 -ci il etirazları zamanı İran hökuməti tərəfindən öldürülən gənc qızlara həsr edərək dedi: “Bu mükafat mənim deyil, 17-22 yaşlı qızlara məxsusdur. Onlar küçələrdə döyüşdülər və 1500 nəfəri öldürüldü”.

Azərbaycanlı rejissor "Şahid" adlı filmi Venesiya Film Festivalında dünya premyerasında "Genişlənmiş üfüqlər" kateqoriyası üzrə "Tamaşaçıların Seçimi Mükafatı"na layiq görülüb. İran İslam Respublikasının sərt qanunlarına əməl edilmədən və hicabsız qadın aktyorların iştirakı ilə çəkilmiş bu film İranda xalqın ağır həyat şəraitindən və hökumətin təzyiqlərinə qarşı mübarizəsindən bəhs edir.

Nader Saeivar - IMDb