İran Aviasiya Təşkilatının türk dilini qadağan etməsinə Təbrizdən olan millətvəkilləri etiraz ediblər Güney Azərbaycan

İran Aviasiya Təşkilatının türk dilini qadağan etməsinə Təbrizdən olan millətvəkilləri etiraz ediblər

Təbrizin İran parlamentindəki nümayəndələri İran Mülki Aviasiya Təşkilatı tərəfindən Təbrizin Ata Hava Yollarına məxsus təyyarələrdə türkcə salamlamanın qadağan edilməsini pisləyiblər.

Gunaz.tv

Ruhullah Mütəfəkkir Azad Mülki Aviasiya Təşkilatının türk dilini qadağan etməsinə cavab olaraq bildirib ki, “Bəzi insanlar məsələni şişirdirlər, onlar Papadan daha çox katolik ifa edirlər”. Hava yolu şirkəti uçuşa hazırlaşan azərbaycanlı sərnişinləri türkcə qarşılayanda cinayət törətmiş olmur. Mülki Aviasiya Təşkilatının bu qərarından hamımız kədərlənirik və bu məsələni izləmədə saxlayacağıq”.

Təbrizin digər nümayəndəsi Əlirza Navin də Mülki Aviasiya Təşkilatının türk dilini qadağan etməsinə etirazını bildirib: "Əgər Mülki Aviasiya Təşkilatının belə bir qərarı varsa, açıq deyirəm, bu axmaqlıqdır. İcazə verin, bu məsələni izləyim. Əgər belə bir şey varsa, biz parlamentdəki çıxışlarımızda bu mövzunu davam etdirəcəyik".