1 ildən sonra azərbaycanlı uşaq türkcə “Hunay” adı ilə kimlik ala bilib Güney Azərbaycan

1 ildən sonra azərbaycanlı uşaq türkcə “Hunay” adı ilə kimlik ala bilib

1 ildən sonra azərbaycanlı uşaq türkcə “Hunay” adı ilə kimlik ala bilib.

Gunaz.tv

Keçən il Sufian qeydiyyat idarəsi tərəfindən çağırıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən və 80 gün həbsdə saxlanılan Güney Azərbaycanın milli fəalı Mürtəza Nurməhəmmədi dünən aylarla davam edən səylərdən sonra oğlu Hunay üçün kimlik almağa müvəffəq olduğunu elan edib.

Mürtəza Nurməhəmmədi ötən yay övladının Hunay adının elektron qeydiyyata alınmasından sonra İnstaqram səhifəsində paylaşım edərək telefonuna bu adı oğluna verməməsi ilə bağlı mesaj gəldiyini qeyd edib. O, məsələ ilə bağlı Sufian şəhərinin qeydiyyat idarəsinə müraciət edib.

Sosial media paylaşımından 10 gün sonra Mürtəza Nurməhəmmədidən qeydiyyat idarəsində olması istənilib. O, qeydiyyat idarəsinə getdikdə isə onu həbs ediblər.

Təbrizin ETTELAAT idarəsində 80 gün təkadamlıq kamerada saxlanıldıqdan sonra cənab Nurməhəmmədi dekabrın 7-i baş tutacaq məhkəməyə qədər zamin qarşılığında sərbəst buraxılmışdı.