Təbriz millət vəkili Tehran Universitetinin professorunun Türklər əleyhinə açıqlamalarına cavab verib Güney Azərbaycan

Təbriz millət vəkili Tehran Universitetinin professorunun Türklər əleyhinə açıqlamalarına cavab verib

"Biz türk olmağımızla fəxr edirik"

Gunaz.tv

Bu sözləri Təbrizin İran parlamentindəki millət vəkili Əlirza Mənadi Sefidan Tehran Universitetinin professoru Bəhram Əmir Əhmədyanın absurd və türklər əleyhinə bəyanatlarına etiraz olaraq deyib.

“Türk sözü ilə bağlı qeyri-peşəkar açıqlamalar bu torpağın mədəniyyətini, tarixini dərindən dərk etməməyin göstəricisidir. Etnik kimliyi dəyişməyə çalışmaq əvəzinə, milli birliyi gücləndirməli və mədəni müxtəlifliyə hörmət etməliyik. Çağdaş əsrin üç böyük aliminin (Əllamə Təbatəbai, Əmini və Cəfəri) türkdilli olması və bunu öz şərəfi sayması bizə və mötəbər xalqımıza türk olmağımızla fəxr etməyə kifayətdir. Bir müəllim kimi mən də eyni fikirdəyəm, bununla fəxr edirəm." - deyə millət vəkili öz paylaşımında bildirib.

Qeyd edək ki, keçən həftə sosial mediada İranlı ekspertlərin Zəngəzur dəhlizi ilə bağlı görüşünün videosu yayılmışdı. Bu videoda Tehran Universitetinin dosenti Bəhram Əmirəhmədiyan türk kimliyini “anti-dəyər” olduğunu bildirmişdi: “Mənim problemim odur ki, bizim öz Azərbaycnımızda olanlar deyir ki, mən türkəm. Yeri gəlmişkən, ədəbiyyatımızda türk sözünün pis mənası var. Onlar gərək desinlər ki, mən Azəriyəm, ya Təbriziyəm”.