Urmu gölü ölüm ayağındadır Güney Azərbaycan

Urmu gölü ölüm ayağındadır

Çaylar üzərində qurulan 23 bənd gölün həyat xəttini kəsib!

Gunaz.tv

Azərbaycanın ən böyük göllərindən biri olan, müxtəlif bitki və heyvan növlərinin əhəmiyyətli yaşayış yeri sayılan Urmu gölü 23 bəndin tikintisi və su ehtiyatlarının düzgün idarə edilməməsi səbəbindən yox olmaq üzrədir.

Hazırda Urmu gölünün ümumi həcmindən cəmi 10%-i qalıb. Suyun səviyyəsinin belə azalması ciddi ekoloji və iqtisadi fəsadlar törədir və milyonlarla köçəri quşların və bölgə sakinlərinin həyatını təhlükə altına atır.

Qeyd edək ki, Urmiya gölünün qurumasının əsas amillərindən biri də onun su hövzəsi ərazisində 23 bəndin tikilməsidir.