Rza İbrahimi Ağ Qərbi Azərbaycan valisi oldu Güney Azərbaycan

Rza İbrahimi Ağ Qərbi Azərbaycan valisi oldu

İran daxili işlər naziri İskəndər Mömüni imzaladığı fərmanla Rza İbrahimi Ağ İsmayilini Qərbi Azərbaycan əyalətinin valisi təyin edib.

Gunaz.tv

Bu barədə İran media məlumat yayıb.

Rza İbrahimi Ağ bundan əvvəl keçmiş vali Məhəmməd Sadiq Mötəmedianın müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl miliyyətcə kürd olan Qəsim Osmaninin əyalətə vali təyin edilməsi təklif olunmuşdu.

Təklif urmulu millət vəklləri və azərbaycanlıların etirazları ilə qarşılaşmış, Urmunun İran parlamentindəki nümayəndəsi Salman Zakir bunu yerli əhalinin rəyinə hörmətsizlik adlandırmışdı.