Qulamrza Amaninin anım günüdür Güney Azərbaycan

Qulamrza Amaninin anım günüdür

Bu gün 24 oktyabr 2088-ci ildə (3 aban 1387) Təbriz-Əhər yolunda şübhəli şəkildə avtomobil qəzasında həyatını itirən tanınmış milli fəal Qulamrza Amaninin anım günüdür.

Gunaz.tv

Q.Amani 1973-cü ildə Şərqi Azərbaycanın Qaradağ mahalında anadan olan Qulamrza Amani Təbriz Universitetinin Kənd Təsərrüfatı fakultəsini bitirib.

Siyasi hərəkata qoşulan Amani Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) qurucularından və rəhbərlərindən olub.

O, dinc milli-mədəni fəaliyyətlərinə görə 5 il həbsdə qalıb.

2008-ci il oktyabrın 24-də Qulamrza Amani iki qardaşı ilə birlikdə Əhərdən Təbrizə gedərkən, SEPAH-a məxsus yük maşını onların avtomobilini vurub.

Polis və təcili tibbi yardım maşınlarının orada olmasına baxmayaraq, ağır yaralanan Amani 4 saat yarım hadisə yerində saxlanılıb, xəstəxanaya aparılmayıb.

Bir neçə saatlıq gecikdirmədən sonra Təbrizdə xəstəxanaya çatdırılıb, burada isə təhlükəsizlik məmurları əməliyyat otağına girib. Bir neçə dəqiqədən sonra yaxınlarına onun öldüyü bildirilib.

Qulamrza Amaninin yaxınları və onu tanıyanlar, hadisə şahidləri avtomobil qəzasının öncədən planlaşdırıldığını, Amaninin hökumət tərəfindən öldürüldüyünü deyirlər.