Təbrizin şəhər şurasının sözçüsü təzyiqlərə görə istefa verdi Güney Azərbaycan

Təbrizin şəhər şurasının sözçüsü təzyiqlərə görə istefa verdi

Bundan əvvəl Təbrizin Gülüstan bağında uzun ömürlü ağacların kəsilməsini ictimailəşdirdiyi üçün təzyiqlərlə üzləçən Şəhər Şurasının sözçüsü Fridun Babayi Əqdəm istefa verməyə məcbur olub.

Gunaz.tv

Bu barədə ona yaxın mənbələr məlumat yayıb.

Məlumata görə, Babayi Əqdəm, təhlükəsizlik qurumlarının ailəsi və yaxınlarına təzyiq göstərdiyi səbəbindən Şəhər Şurasında ayrılmaq məcburiyyətində qalıb.

Onu qardaşının bir neçə dəfə istintaq təcridxanasına aparılaraq dindirildiyi bildirilib.

Qeyd edək ki, Fridun Babayə Əqdəm bir müddət əvvəl dövlət qurumlarının əlbir olaraq Gülüstan bağını məhv etdikləri barədə paylaşım və çıxış edib.

Qeyd edək ki, bir neçə həftə əvvəl Təbriz bələdiyyəsi Gülüstan bağı ərazisinin 1000 kvadrat metrini təhlükəsizlik orqanlarından birinin ixtiyarına verib. Bundan sonra tarixi parkda ağaclar kəsilib və yaşıllıq zolağının məhv edilməsinə başlanlıb.

Şəhər Şurasının bir neçə üzvü, mədəni fəalların və yerli əhalinin etirazlarına baxmayaraq, tikinti işləri davam etdirilir.

5.2 hektar ərazisi olan və şəhərin mərkəzində yerləşən Gülüstan bağı Təbrizin, ümumilikdə isə İranın ən qədim şəhərdaxili parklarından biri sayılır.