Dünən Təbrizin müxtəlif yerlərində rejimə qarşı etiraz vərəqələri paylanılıb Güney Azərbaycan

Dünən Təbrizin müxtəlif yerlərində rejimə qarşı etiraz vərəqələri paylanılıb

Dünən Azərbaycan Milli Hərəkatının fəalları Güney Azərbaycan xalqının ağır iqtisadi vəziyyətinə etiraz olaraq və Azərbaycan zəhmətkeşlərinin tələblərinə dəstək olaraq Təbriz şəhərinin müxtəlif yerlərində etiraz bülletenləri yayıblar.

Gunaz.tv

Şəhərin müxtəlif yerlərinə yayılan vərəqələrdə "iqtisadiyyat toplumun onurğası, işçi də iqtisadiyyatın onurğasıdır", "bağımsızlıq fars şovinizmindən qurtulmağın tək yoludur", "azadlıq, ədalət, milli hökumət", "insanlara azadlıq, millətlərə istiqlal" şüarları yazılıb.

Azərbaycan Milli Hərəkatının fəalları Azərbaycan xalqının oyanması və şüurlanmasında milli mübarizənin öncülləri kimi İran hökumətinin mərkəzçi və şovinist siyasətinə müxtəlif yollarla, o cümlədən vərəqə və broşuralar paylamaq, pankartlar asmaqla xalqımızın indiki sömürgəçi idarəedici rejimdən azad olması üçün mübarizə aparmağa davam edirlər.