Sarabda məktəb çatışmazlığı - Problemi xeyriyyəçilər həll edir Güney Azərbaycan

Sarabda məktəb çatışmazlığı - Problemi xeyriyyəçilər həll edir

Şərqi Azərbaycan əyalətinin Sarab bölgəsində də məktəb çatışmazlığı yaşanır.

Gunaz.tv

Bu barədə Sarabın İran parlamentindəki nümayəndəsi Məcid Nəsirpur məlumat verib.

Bölgənin təhsil sahəsindəki probleminin müzakirəsinə həsr olunan tədbirdə çıxış edən millət vəkili, məktəb çatışmazlığının çox faizinin yerli xeyriyyəçilərin vəsaiti hesabına həll edildiyini söyləyib.

Nəsirpurun sözlərinə görə, son 3 il ərzində azərbaycanlı xeyriyyəçilər Sarabda 146 dərs otağından ibarət 45 məktəbin tikintisinə başlayıblar.

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin Təhsil İdarəsinin başçısı Məsud Səadəti əyalət məktəblərinin 30%-nin qəzalı vəziyyətdə olduğunu deyib.

Qəzalı məktəblərlə yanaşı Şərqi Azərbaycan əyalətində təxminən 400 konteyner (Kaneks) məktəb mövcuddur.

Təhsil Nazirliyinin yerli bölmələri dövlətin yeni məktəblərin tikintisi və köhnə məktəblərin təmiri ilə bağlı vəsait ayırmadığını deyirlər.

Bu səbəbdən Azərbaycan əyalətlərində məktəb binalarının çatışmazlığı problemi yerli xeyriyyəçilərin vəsaiti hesabına həll olunur.