"Traxtur"dan növbəti qələbə Güney Azərbaycan

"Traxtur"dan növbəti qələbə

Oktyabrın 27-də İran Premiyer Liqasının 9-cı həftəsinin oyunları çərçivəsində Təbrizin "Traxtur" və Ərakın "Aliminium" komandaları arasında qarşılaşma olub.

Gunaz.tv

Bu barədə Təbrizin "Traxtur" Futbol Klubunun sosial media hesabında məlumat verilib.

Bildirilib ki, Təbrizin "Səhənd" stadionunda keçirilən qarşılaşma Təbriz təmsilçisinin 2-0 qələbəsi ilə başa çatıb.

Bu qarşılaşmadan sonra "Traxtur" 16 xalla reytinq cədvəlinin üçümcü pilləsində qərarlaşıb.