Tehran İnqilab Məhkəməsinin 36-cı şöbəsi “Mahmud Ocaqlu”nun şərti azadlığa buraxılmasına razı olmayıb Güney Azərbaycan

Tehran İnqilab Məhkəməsinin 36-cı şöbəsi “Mahmud Ocaqlu”nun şərti azadlığa buraxılmasına razı olmayıb

Evin həbsxanasının 4-cü palatasında məhbus olan Azərbaycan Milli Hərəkatının fəalı Mahmud Ocaqlu ailəsi ilə telefon danışığı zamanı Tehran İslam İnqilab Məhkəməsində onun şərti azadlığa buraxılmasına qarşı olduğunu bildirib.

Gunaz.tv

Bundan başqa, fəalın ailəsi 2 milyard tümən girov ödəyə bilmədiyiüçün cənab Ojaqlunun məzuniyyət tələbi ləğv edilib.

Xatırladaq ki, Mahmud Ocaqlu, Tehran Əyalətinin Apellyasiya Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarına görə o, “toplanmaq və əlbir olmaq”da, “İran İslam Respublikası əleyhinə təbliğat”da, "Azərbaycan Milli Hərəkatına üzv olmaq"da ittiham olunub.

Qeyd edək ki, fəal həbsdə olduğu müddətdə onun vəkili və ailə üzvləri ilə görüşməsinə imkan verilməyib.