Mürtəza Pərvin həbs edilməsinin onuncu ayındadır Güney Azərbaycan

Mürtəza Pərvin həbs edilməsinin onuncu ayındadır

Mürtəza Pərvin həbs edilməsinin onuncu ayındadır

Gunaz.tv

Uzun müddətdir ki, xroniki bel diskin ağrılarından əziyyət çəkən Mürtəza Pərvin Evin həbsxanasında ağır şəraitdə saxlanılmağa davam edir.

Yaxınlarının verdiyi məlumata görə Mürtəza Pərvinin ağrılarını azaltmaq üçün ona həbsxana məsulları tərəfindən ağrıkəsicilər də vaxtlı vaxtında verilmir. Bu məsələ Mürtəza Pərvinin onurğa sütununda ağrıların artmasına, oynaq ağrılarının kəskinləşməsinə səbəb olub.

Məlumata görə həbsxana rəhbərliyi Mürtəza Pərvinə ailəsi tərəfindən də dərmanların göndərilməsinin qarşısını alır.

Qeyd edək ki, Mürtəza Pərvin Tehran İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən “daxili/xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və qabaqcadan əlbir olmaq” və "İran İslam Respublikası əleyhinə təbliğat" ittihamları ilə 6 il müddətinə həbs və ictimai cəzalara məhkum edilib.