Abbas Lisani Qərbi Azərbaycanla bağlı açıqlama verib Güney Azərbaycan

Abbas Lisani Qərbi Azərbaycanla bağlı açıqlama verib

"Qələbələrimiz imanımız, səyimizi, dürüstlüyümüz və birliyimizə görə reallaşdı və uğursuzluqlarımıza görə hamımız cavabdehik."

Gunaz.tv

Bu sözləri Abbas Lisani Azərbaycan Milli Hərəkatının fəalları ilə görüşündə qeyd edib.

Təbriz, Urmu, Xoy, Sulduz, Xiyav (Meşginşəhr), Əhər, Uçan (Bostanabad), Muğanşəhr (Parsabad) şəhərlərindən çoxlu sayda Azərbaycan Milli Hərəkat fəallarının iştirak etdiyi bu toplantı Cənab Lisaninin evində keçirilib.

"Mən son parlament seçkilərində Azərbaycan xalqına müraciət edərək Qərbi Azərbaycandan başqa Azərbaycanın digər yerlərində əhalinin seçkiləri boykot etməsini bildirmişdim" - deyə Abbas Lisani ona seçkilərlə bağlı ünvanlanan sualı cavablandırarkən bildirib.