Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Baqir Hacızadə aldığı ağır və ədalətsiz cəzaya cavab olaraq səsyazısı vasitəsilə Azərbaycan xalqına müraciət edib Güney Azərbaycan

Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Baqir Hacızadə aldığı ağır və ədalətsiz cəzaya cavab olaraq səsyazısı vasitəsilə Azərbaycan xalqına müraciət edib

Evin həbsxanasında saxlanılan azərbaycanlı fəal Baqir Hacızadə aldığı ağır və ədalətsiz cəzaya cavab olaraq səsyazısı vasitəsilə Azərbaycan xalqına müraciət edib.

Gunaz.tv

Bu barədə fəalın qardaşı özünün sosial media hesabında paylaşım edib:

"9 ay əvvəl təhlükəsizlik qüvvələri qardaşımı iş yerində order təqdim etmədən, döyərək həbs etdilər və o, Tehranın Evin həbsxanasına köçürüldü. Ona qarşı ədalətsiz hökm çıxararaq ana dilini müdafiə etdiyinə görə və Azərbaycanın Qarabağdakı qələbəsini dəstəklədiyinə görə 13 il müddətinə azadlıqdan məhrum etdilər." - paylaşımda qeyd edilib.

Qeyd edək ki, hakim Əbülqasım Səlvətinin sədrliyi ilə keçirilən 15-ci şöbədən çıxarılan hökmə əsasən Baqir Hacızadə, Araz Aman və Ayaz Seifxah hər biri on üç il,Tahir Nəqəvi, Mürtəza Pərvin 6 il, Vədud Əsədi 9 il 6 ay Hüseyn Piri, Salar Tahir Afşar, Səid Minayi beş il, Kamal Nuri, Süleyman Məhəmmədi üç il müddətinə azadlıqdan məhrum ediliblər.