Pezeşkianın qərarı təbrizilərin narazılığına səbəb olub Güney Azərbaycan

Pezeşkianın qərarı təbrizilərin narazılığına səbəb olub

Ölkə Prezidenti Məsud Pezeşkianın İsfahan, Kərəc və Ərak şəhərlərindəki İstilik Elektrik Stansiyalarında dizel yanacağından istifadənin dayandırılması ilə bağlı qərar təbrizlilərin narazılığına səbəb olub.

Gunaz.tv

Bu sözləri Təbriz Şəhər Şurasının başçısı Qulamrza Əhmədi deyib.

O, Təbriz İstilik Elektrik Stansiyasında da dizel yanacağından istifadə edildiyini, bunun şəhərin hava çirkliliyinə səbəb olduğunu bildirib.

"Təbrizlilər də Prezidentdən başqa şəhərlərlə yanaşı Təbrizin də İstilik Elektrik Stansiyasında dizel yanacağının qadağa ilə bağlı eyni qərarı verməsini gözləyirdilər",- Şəhər Şurasının başçısı söyləyib.

Qeyd edək ki, son günlər Təbriz və ətraf bölgələrində hava çirkliliyinin səviyyəsi yenidən artaraq həssas yaş qrupları üçün təhlükəli həddə çatıb.

Təbrizin havasının çirklənməsinin əsas amillərindən biri də İstilik Elektrik Stansiyasında dizel yanacağından istifadə edilməsidir.

Əyalət rəhbərliyi və İES-lərin məsulları İran Milli Qaz Şirkətinin Şərqi Azərbaycan əyalətində mövcud olan istilik elektrik stansiyalarına qaz verilişini dayandırdığı üçün dizel yanacağından istifadə etməyə məcbur olduqlarını bildirirlər.