Təbrizin Səhənd Universitetində naməlum virus yayılıb Güney Azərbaycan

Təbrizin Səhənd Universitetində naməlum virus yayılıb

Təbrizin Səhənd Texnologiya Universitetinin onlarla tələbəsi zəhərlənərək xəstəxanalara aparılıb.

Gunaz.tv

Bu barədə tələbə hərəkatı fəalları məlumat yayıb.

Məlumata görə, tələbələrn naməlum mədə-bağırsaq virusuna yoluxmasından sonra dərslər dayandırılıb.

Dərslərin onlayn keçirilməsi təsdiq olunsa da, Universitet rəhbərliyi zəhərllənmə səbəbləri ilə bağlı qəti açıqlama verməkdən imtina edib.