İki Azərbaycan şəhərində 4 gənc intihar etdi Güney Azərbaycan

İki Azərbaycan şəhərində 4 gənc intihar etdi

Son iki gün ərzində Qərbi Azərbaycan əyalətinin Üşnü (Üşnəviyyə) və Piranşəhr (Xana) şəhərlərində 4 gənc intihar edib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Özlərini asaraq həyatlarına son qoyan gənclərdən biri qız, üçü oğlandır.

Onların ikisinin 20, ikisinin isə 19 yaşda olduqları bildirilib.

Gənclərin intihar səsəbləri barədə açıqlama verilməyib.

Qeyd edək ki, son 7 il ərzində intihara cəhd edən yüzminlərlə iranlının 40 mini özünə qəsd nəticəsində həyatını itirib.

Psixoloqlar bunun gələcəyə ümidsizlik, yoxsulluq, işsizlik və başqa bu kimi problemlərlə irəli gəldiyini bildirirlər.