Dizəcdiz-Xoy yolunda baş verən qəza həkim Əli Əkbər Süleymanlının həyatına son qoyub Güney Azərbaycan

Dizəcdiz-Xoy yolunda baş verən qəza həkim Əli Əkbər Süleymanlının həyatına son qoyub

"Ölüm Yolu" kimi tanınan Dizəcdiz-Xoy yolunda baş verən qəzada həkim və tələbə hərəkatı fəalı Əli Əkbər Süleymanlı həyatını itirib.

Gunaz.tv

Qəza zamanı iki avtomobil toqquşub, nəticədə iki nəfər həyatını itirib.

Yerli mənbələri qəzanın müvafiq yol infrastrukturunun olmaması səbəbindən baş verdiyini yazırlar.

Qeyd edək ki, Əli Əkbər Süleymanlı Xoyi Xəstəxanasının gənc həkimi, Azərbaycanın tələbə fəalı və Həmədan Tibb Elmləri Universitetində Şəhriyar tələbə təşkilatının keçmiş katibi idi.