Salar Əraqi və ailəsi övladlarına türkcə ad seçdiyi üçün yaşadığı çətinliklərdən danışıb Güney Azərbaycan

Salar Əraqi və ailəsi övladlarına türkcə ad seçdiyi üçün yaşadığı çətinliklərdən danışıb

Salar Əraqi və ailəsi övladları Elşənin türkcə adına görə doğum haqqında şəhadətnamə ala bilməməsi haqqında "Balamın adı" kampaniyasına danışıb.

Gunaz.tv

"Mən Salar Əraqi Xoyda doğulmuşam, hazırda Təbrizdə yaşayıram. Oğlum 2024-cü il iyunun 30-da anadan olub. Həyat yoldaşımla ona Elşən adını seçmişik. Təəssüf ki, Təbriz qeydiyyat idarəsi bu ada 3 aydır ki, doğum haqqında şəhadətnamə verməkdən imtina edir." - deyə Salar Əraqi açıqlamasında bildirib.

Qeyd edək ki, doğum haqqında şəhadətnamə olmadığına görə ailə öz övladlarına peyvənd də vura bilmirdi.

Salar Əraqinin sözlərinə görə səhiyyə ocağının məsul işçiləri onlara “Əgər Elşənin adı ilə doğum haqqında şəhadətnamə vermirlərsə, gedin başqa ad seçin!” - deyə irad tutublar.

Ancaq üç ay sürən mücadilədə sonra Salar Əraqi öz oğluna türkcə olan Elşən adı üçün doğum haqqında şəhadətnamə almağa nail olub.