

18 Aprel 19:52
Yaponiya Urmu gölünün və İrandakı bataqlıq ərazilərin bərpası üçün 690 milyon yen (6,4 milyon dollar) yardım ayırıb.
Gunaz.tv
Bu məbləğ BMT-nin İrandakı İnkişaf Ofisi vasitəsilə Urmiya gölünün bərpası layihəsinə ayrılacaq.
Yaponiya bundan öncə də Urmu gölünün bərpasına yardım məqsədilə, suvarma sistemlərinin inkişaf etdirilməsi üçün 2020-ci ildə 1 milyon dollar vəsait ayırmışdı.
Ancaq rəsmilərin yarıtmaz idarəetməsi nəticəsində Urmu gölünün durumu hələ də pisləşməyə davam edir.