Qəzvində aldadılan vətəndaşlar etiraz aksiyası keçiriblər Güney Azərbaycan

Qəzvində aldadılan vətəndaşlar etiraz aksiyası keçiriblər

Dekabeın 4-də Güney Azərbaycanın Qəzvin şəhərində yenidən etiraz aksiyası keçirilib.

Gunaz.tv

Bu barədə etirazçılar sosial media şəbəkəsində paylaşım ediblər.

"Təravət novin xodro" avtomobil şirkəti tərəfindən pulları mənimsənilən Qəzvinlilər şəhər məhkəməsi qarşısına toplaşıblar.

Onlar dövlətin himayəsində olan avtomobil şirkətinin çox sayda vətəndaşın pulunu almasına baxmayaraq, illərdir avtomobillərini təhvil vermədiklərinə görə etiraz ediblər.

Qeyd edək ki, son bir neçə 2 il ərzində onlarla oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri verilir, nə də pulları qaytarılır.