Təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Əlirza Fərşinin ata evinə basqın edib Güney Azərbaycan

Təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Əlirza Fərşinin ata evinə basqın edib

Təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Əlirza Fərşinin ata evinə basqın edib

Gunaz.tv

Bu barədə Əlirza Fərşi öz sosial media hesabında paylaşım edib:

"Bu gün təhlükəsizlik qüvvələri 80 yaşlı anamın evinə basqın edərək bütün evdə axtarış apardılar."

Qeyd edək ki, bir il əvvəl Əlirza Fərşiyə qarşı Baharistan şəhərində “rejim əleyhinə təbliğat” ittihamı ilə iş açılıb. Onun sözlərinə görə, o, Seyid Cəfər Pişəvəri üçün “şəhid” adından istifadə etməkdə və məqalələrində “Urmu gölünün qurumasından” bəhs etdiyinə görə ittiham olunub.

Əlirza Fərşi bildirib ki, anasının evinə olan hücumdan sonra Mərənd prokurorluğu ilə əlaqə saxlayıb və izahat istəyib. Amma aidiyyatı məmurun sadəcə anlaşmazlıq olduğunu bildirib.