Qərbi Azərbaycan valisi rəsmi olaraq vəzifələrinin icrasına başladı Güney Azərbaycan

Qərbi Azərbaycan valisi rəsmi olaraq vəzifələrinin icrasına başladı

Dekabrın 6-ı səhər saatlarında İranın daxili işlər naziri İskəndər Mömini Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinə gəlib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

O, Qərbi Azərbaycan əyalətinə yeni təyin olunmuş vali Rza Rəhmaninin bu gün keçiriləcək rəsmi təqdimat mərasimində iştirak edəcək.

Nazir jurnalistlrə verdiyi müsahibədə Prezident Məsud Pezeşkianın Urmiya gölünün bərpası ilə bağlı tapışırıqlarının da yerinə yetirilməsi üçün əyalət rəhbərliyi ilə məsləhətləşmələr aparacağını deyib.

Onun sözlərinə görə, Məsud Pezeşkian yeni valinin prioritetinin Urmu gölünün bərpası olduğunu söyləyib.

Keçirilən təqdimat mərasimindən snonra yeni vali Rza Rəhmani Urmunun keçmiş cümə imamı Molla Həsəni kimi tanınan Qulamrza Həsəninin məzarını ziyarət etdikdən sonra rəsmi şəkildə vəzifəsinin icrasına başlayıb.